ABŞ dövlət katibi: Diplomatiya Nigerdəki vəziyyəti həll etməyin ən yaxşı yoludur


Diplomatiya Nigerdəki vəziyyəti həll etməyin ən yaxşı yoludur.


AFN.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fransanın RFI radiostansiyasına müsahibəsində deyib.

"Şübhə yoxdur ki, diplomatiya bu vəziyyəti həll etmək üçün ən yaxşı yoldur" - deyən Blinken, ABŞ-ın Nigerdəki vəziyyəti müzakirə etmək üçün cümə axşamı günü Qərbi Afrika liderlərinin zirvə toplantısı keçirmək təşəbbüsünü dəstəklədiyini bildirib.

Bununla belə, o, Amerika əsgərlərinin Nigerdən mümkün çıxarılması ilə bağlı şərh verməkdən imtina edib.

Bundan əvvəl Nigerin zərbəçiləri ilə danışıqları dövlət katibinin birinci müavini vəzifəsini icra edən Viktoriya Nuland aparıb.

Qərbi Afrika ölkələri Nigerdəki böhranı müzakirə etmək üçün cümə axşamı günü görüşməyə hazırlaşır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu