İtkin düşən 19 yaşlı gənclər tapıldı


İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılovanın 1 ay əvvəl itkin düşmələri barədə məlumat vermişdik.



AFN.az qafqazinfo-ya istinadən xəbər verir ki, gənclərin yeri müəyyən edilib.

Ötən gün A.Xəlilov nənəsi ilə əlaqə saxlayaraq Aytacla birlikdə Bakıda olduqlarını deyib. O, paytaxtda iş tapdığını,vəziyyətlərinin yaxşı olduğunu qeyd edib.

DİN-in mətbut xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirildi ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.

Qeyd edək ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.Onların itkin düşmələri ilə bağlı valideynləri tərəfindən polisə məlumat verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu