ÜST-dən XƏBƏRDARLIQ: Koronavirusun yeni növü yayılır - Rusiyada 17 nəfər yoluxub
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qurumun saytında dərc olunan hesabatda bildirilir ki, "EG.5" virusu amin turşusu profilinə malikdir.
Avqustun 7-nə kimi 51 ölkədən 7354 nəfərdə "EG.5" virusu aşkarlanıb. Bunların böyük hissəsi Çində (30,6%) qeydə alınıb.
Məlumat üçün bildirək ki, aprel-avqust aylarında Rusiyada koronavirusun yeni variantına artıq 17 yoluxma halı aşkar edilib.