Xaçmazda kütləvi dava olub, iki qardaş döyülüb


Xaçmaz rayonunda kütləvi dava olub, iki qardaş xəsarət alıb.[/b

]

[b]AFN.az
“Report”a istinadən xəbər verir ki, rayon sakinləri, 1988-ci il təvəllüdlü Məhərrəmov Müzəffər Eyvaz oğlu və onun qardaşı, 1979-cu il təvəllüdlü Məhərrəmov Məlik Eyvaz oğlunun tanıdıqları şəxslərlə aralarında mübahisələri düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə Məhərrəmov qardaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu