“Nikosayağı”nın atasından oğlu ilə bağlı açıqlama: “Reanimasiyadadır”


Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası açıqlama verib.



AFN.az xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu