Şabranda 15 yaşlı gənc intihar edib


Şabran rayonunda gənc intihar edib.



Hadisə Zeyvə kəndində baş verib.

Belə ki, rayon sakini 2008-cı il təvəllüdlü Abdullayev Nəcəf Ariz oğlu yaşadığı fərdi yaşayış evinin həyətində yardımçı tikilidən özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.//"Report"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu