Azərbaycan neftinin qiyməti 90 dollardan aşağı düşdü

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.
AFN.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,73 ABŞ dolları və ya 1,9% azalaraq, 89,13 ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.