Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir
![](/uploads/posts/2023-08/1692175804_1692175244_64dc89ce69b8764dc89ce69b88169217479864dc89ce69b8264dc89ce69b85-1.jpg)
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 19 və 20 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edir.
AFN.az xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.
“Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür”, - məlumatda qeyd olunur.