Mal ətinin qiyməti 20 manat olacaq? - Ekspert bahalaşmanın səbəblərini açıqladı


"Azərbaycanda ətin qiymətinin qalxmasının heç bir iqtisadi əsası yoxdur”.



Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. Ekspert ətin qiymətinin bahalaşması ilə bağlı yayılan məlumatdan sonra Bakıda fəaliyyət göstərən qəssabxanalarda araşdırma apardığını bildirib.

"Hardasa və kimsə ətin qiymətini qaldırıb və bu da mətbuatda yer alıb. Ölkəyə idxal edilən ətin qiymətində cüzi bahalaşma var. Amma ümumilikdə digər ölkələrlə müqayisədə Azərbaycanda ətin qiyməti çox yüksəkdir. Hətta beynəlxalq reytinq qurumu var. Həmin təşkilat bu yaxınlarda xüsusi cədvəl tərtib edib. Həmin cədvəldə Azərbaycanda ətin qiymətini qonşu Rusiya ilə müqayisədə bir neçə dəfə baha olduğunu qeyd edilib”, deyə Vahid Məhərrəmli vurğulayıb.

Ekspert bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatında da 7 ay ərzində heyvandarlıqda 3, 3% artım olduğu göstərilib:

"Həm süd, həm də ət istehsalında artım göstərilib. Digər tərəfdən ölkəyə ət idxalı artıb və ötən illə müqayisədə diri heyvan idxalı da 74% artıb. Həmin heyvanlar baha olsaydı, onu Azərbaycana gətirdilər? Yox. Deməli, ətin qiymətini qalxması monopolistlərə sərf edir. Diri heyvan, ət idxalı işi ilə məşğul olan monopolistlər əlavə pul qazanmaq isyəyirlər. Azərbaycanda heyvan kəsimi də monopoliyaya alınıb. Bir çox iri şirkətlər ət və kökəltmə ilə məşğuldur. Onalara qiymət artımı sərf edir. Əvvəlcə mətbuatda ətin qiymətinin 20 manat olması ilə bağlı məlumatlar yayır, bu fikiri əhalidə formalaşdırırlar. Sonra da tədricən ətin qiymətini artırırlar”.

Vahid Məhərrəmov ölkədə alıcılıq qabiliyyətinin aşağı olduğunu qeyd edib:

"Alıcılıq qabiliyyəti aşağı düşməkdə davam edir. Təlabat olmadığı halda ətin qiyməti arta bilməz. Bu, süni yaradılmış ajiortajdır onun da nəticəsində monopolistlər arzularına çatır”.

Qeyd edək ki, ətin qiymətinin bahalaşması ilə bağlı mətbuatda məlumatlar yayılıb. Mal ətinin kilosu 14-16 manat arasında təklif olunduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu