Taliban 200-dən çox keçmiş məmur və hərbçini məhkəməsiz edam edib - BMT


Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra keçmiş məmurlar və hərbçilərin 200-dən çox məhkəmədənkənar edamını həyata keçirib.


AFN.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) saytında dərc olunmuş hesabatında qeyd edilib.

Sənəddə deyilir: "UNAMA Əfqanıstanın Taliban tərəfindən ələ keçirilməsindən sonra keçmiş hökumət rəsmiləri və Əfqanıstan Silahlı Qüvvələri üzvlərinin ən azı 218 məhkəməsiz edamını sənədləşdirib”.

Təhqiqat zamanı missiya 15 avqust 2021-ci il və 30 iyun 2023-cü il tarixləri arasında məhkəməsiz qətllərin "ən azı 800 işini" sənədləşdirib. Bunlara keçmiş hökumət və təhlükəsizlik qüvvələri ilə əlaqəli şəxslərə qarşı əsassız həbslər, işgəncələr və pis rəftar epizodları daxildir. UNAMA-nın məlumatına görə, bu cür təqiblər Talibanın keçmiş hökumət rəsmiləri və hərbçilər üçün elan etdiyi de-fakto ümumi amnistiyaya baxmayaraq baş verib.

ABŞ-ın 2021-ci ilin yazında silahlı qüvvələrini oradan çıxarmaq qərarını elan etməsindən sonra Taliban Əfqanıstan üzərində nəzarətin yaradılması üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də radikallar döyüşsüz Kabilə daxil olublar və sentyabrın 7-də legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu