Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana növbəti keçidi təmin edilib -


Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana növbəti keçidi təmin edilib.



APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Xankəndidən gələn erməni əsilli 100 nəfərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçməsi gözlənilir.

Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst keçidlərinə imkan yaradılıb.

Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.

Bu şəxslər arasında Azərbaycan ərazisində separatizmə dəstək verənlərin olduğu barədə də informasiyalar var. Onların Qarabağı tərk etməsi belə deməyə əsas verir ki, artıq reallığı qəbul etmək məcburiyyətində qalıblar. Həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər.

Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanların Qarabağı tərk edərək Ermənistana yollanması həm də onu göstərir ki, Dnestryanı, Donbas kimi ssenariləri Azərbaycanda keçmədi, "Russkiy mir" iddiası burada baş tutmadı.

Rəsmi Bakı ən müxtəlif səviyyələrdə bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün isə qapılar açıqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu