Rusiya ordusu Ukraynada məktəbi vurdu - Ölənlər var


Rusiyanın Romnidəki məktəbə hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.



AFN.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram"da bildirib.

Onun sözlərinə görə, məktəb direktoru, direktor müavini, katib və kitabxanaçının meyitləri dağıntıların altından çıxarılıb.

Nazir bildirib ki, dağıntıların altından həlak olanların meyitlərinin çıxarılması əməliyyatı başa çatıb:

"Həmçinin, partlayış zamanı təhsil müəssisəsinin yanından keçən 4 yerli sakin xəsarət alıb. Fotoda məktəbin xarabalıqları arasında sığınacağa salamat qalmış giriş var. Təəssüf ki, insanlar həyəcan siqnalı zamanı təhlükəsiz yerə enməyiblər. Düşmənimiz məkrlidir. Dinc şəhərləri dağıtmaq, dinc əhaliyə qarşı terror törətmək rus işğalçılarının vəhşi ənənəsidir. Buna görə təhlükəsizlik qaydalarına riayət etmək vacibdir: həyəcan siqnalı verilir - sığınacağa gedin. Özünüzün və yaxınlarınızın qayğısına qalın".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu