SOCAR AQŞ, Türkiyə Neft Şirkəti (TPAO) ilə qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb


Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti SOCAR AQŞ-nin törəmə şirkəti “SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” (SOCAR AQŞ Türkiyə), Türkiyə Respublikasının dövlət neft şirkəti olan Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti ilə qazma xidmətləri üzrə mühüm müqavilə imzaladığını elan edir.


Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri göstərəcək.

Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki təşkilat üçün mühüm nailiyyətdir. Sazişin ölkənin ümumi neft hasilatını dəstəkləyəcəyi və regionda məşğulluğu artıracağı gözlənilir.

Bu əlamətdar hadisəni şərh edən SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib: “SOCAR AQŞ Türkiyə öz zəngin təcrübəsindən və müasir texnologiyalardan istifadə edərək, layihə zamanı təhlükəsiz və səmərəli fəaliyyət göstərməyi və maksimum məhsuldarlığı təmin etməyi qarşısına məqsəd qoyub.”

“SOCAR AQŞ Türkiyə və TPAO arasında olan bu tərəfdaşlıq, regionun enerji sənayesinin inkişafını dəstəkləmək üçün qarşılıqlı öhdəliyi vurğulayır. Biz texniki təcrübəmizdən istifadə etməyi və hər iki tərəfə uğur gətirəcək uzunmüddətli əlaqələri inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - SOCAR AQŞ Türkiyə üzrə menecer Famil Xələfov əlavə edib.

SOCAR AQŞ innovativ texnologiyaları və peşəkar işçi qüvvəsi ilə müştərilərin gözləntilərini mütəmadi olaraq qarşılayaraq etibarlı xidmət təminatçısı kimi nüfuz qazanmışdır. Şirkət həm mövcud, həm də potensial layihələr üçün təhlükəsiz və səmərəli nəticələr təqdim etmək öhdəliyinə sadiq qalaraq, TPAO-nun gələcək səyləri üçün etibarlı tərəfdaş olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu