BƏƏ: BRİCS-də iştirakımız Qərb ölkələri ilə münasibətlərimizə xələl gətirməyəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Tavk əl-Merri ölkəsinin BRİCS-də iştirakının Qərb ölkələri ilə münasibətlərə xələl gətirməyəcəyini bildirib.
əl-Merri "Bloomberg"ə verdiyi müsahibədə ölkəsinin BRICS-ə üzv olmaqla ticarəti inkişaf etdirməyə ümid etdiyini və BRİCS tərəfindən yaradılmış Yeni İnkişaf Bankına (NPD) daha çox kapital ayırmağı planlaşdırdığını bildirib.
BƏƏ-nin BRİCS-də iştirakının Qərb ölkələri ilə əlaqələrinə xələl gətirməyəcəyini müdafiə edən Merri, "BRICS-ə üzvlük ABŞ-a qarşı bir ox təşkil etməyəcək. BRİCS-də iştirak BƏƏ-nin dünyaya təklif etdiyi plüralizmin dəstəklənməsinə də töhfə verəcək". - deyə bildirib.
Cənub ölkələrinə fokuslandıqlarına işarə edən Merri bildirib ki, BƏƏ sülh və rifah istəy: "Bununla iqtisadiyyat və ticarət gəlir. Cənub bizim hazırda diqqət yetirdiyimiz ən mühüm məsələdir".