Araik Xankəndidəki biznesini satır:


Xankəndidə separatçılar arasında qarşıdurma böyüyür.



Publika.az xəbər verir ki, erməni mətbuatı separatçıların çıxılmaz durma düşməsinin, onların bir-birinə qarşı aqressiyasını artırdığını bildirir.

İndi Xankəndidə hər kəs bir-birini ittiham edir, qruplaşmalar aqressivləşirlər.

Bildirilir ki, baş separatçı Araik Artyunyan bir neçə gün əvvəl “istefa” vermək istəsə də, Vardanyan başda olmaqla digər terrorçular onu qaçmaqda günahlandıraraq hədələmişdilər. Bundan sonra Araik geri çəkilmişdi.

Ancaq Xankəndidəki mənbə bildirir ki, Araik qaçmaq planını bir müddətlik təxirə salıb. O, özünün və qohumlarının Xankəndidəki biznesini dəyər-dəyməzinə satır. Ən son məlumat odur ki, Araikin fermasında olan holland cinsli inəklərin hamısı bir neçə günün ərzində kəsilərək satılıb.

Məlumata görə, Araik böyük biznes şəbəkəsini tam satdıqdan, nağd pula çevirdikdən sonra ailə üzvləri və qohumlarını Xankəndidən çıxarmağa çalışacaq.

Onun özünün isə Xankəndidən çıxması müşkül görünür. Çünki həm terrorçular tərəfindən hədələnir, həm də sərhəddə Azərbaycan əsgəri gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu