Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var


Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var.



Hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1973-cü il təvəllüdlü Ramiz Aydın oğlu Rzayevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1983-cü il təvəllüdlü Azər Zülfüqar oğlu Quliyev isə ağır bədən xəsarətləri alıb.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya sürücünün sükan arxasında yuxuya getməsinin səbəb olduğu ehtimal olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu