Dünyanın ən bahalı pendiri: 2,2 kilosu 30 min avroya satıldı


Ən bahalı pendir üzrə dünya rekordu İspaniyada yenilənib.


Şimali İspaniyanın 2,2 kq-lıq kabrales mavi pendiri hərracda 30 min avroya satılıb.

Beləliklə, pendir dünyanın ən bahalı pendiri adını qazanıb.

"Yaxşı pendirimiz olduğunu bilirdik, amma qazanmağın çox çətin olduğunu da bilirdik" - deyə pendiri hazırlayan Guillermo Pendas İspaniyanın dövlət xəbər agentliyi EFE-yə açıqlamasında bildirib.

Los Puertos fabrikinin sahibi Pendasın anası Rosa Vada bildirib ki, pendir 1400 metr yüksəklikdəki mağarada 7 dərəcə Selsidə yetişib və orada ən azı səkkiz ay qalıb.

Pendir Asturiyadakı "El Llagar de Colloto" şirkətinin sahibi olan restoran sahibi İvan Suarezə satılıb.

Cabralesin adi qiyməti kilosu üçün 35 ilə 40 avro arasındadır.

Pendir çiy inək südü və ya inək, qoyun və keçi südünün qarışığından istifadə edilərək hazırlanır və Picos de Europa milli parkındakı Kabrales bölgəsindəki mağaralarda yetişir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu