Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başlayıb
![](/uploads/posts/2023-09/1693566390_98e7a261-ef7a-3c54-96f0-a5041f619c59_850.jpg)
Bu gündən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə başlanılıb.
AFN.az xəbər verir ki, III mərhələ lisey və gimnaziya seçimi 3 sentyabr saat 12:00-da başa çatacaq.
Boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.
Qeyd edək ki, qəbul nəticələri açıqlandıqdan sonra 5 sentyabr saat 13:00-a kimi III mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbulu aparılacaq.