Nazirlikdən məktəbli formaları ilə bağlı açıqlama


Vahid məktəbli formasından imtina etməklə bağlı Elm və Təhsil Nazirliyinə müraciət daxil olmayıb.



Bu barədə AFN.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd edək ki, yeni tədris ilindən etibarən ölkə məktəblərində vahid məktəbli forması istifadə olunacaq. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib. Geyim forması azı 3 tədris ilində dəyişilməz qalacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu