Vilayət Eyvazov generalı vəzifədən azad etdi


Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.



AFN qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu