Ermənistan Rusiya ilə yox, ABŞ-la birgə təlim keçirəcək
“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sentyabrın 11-dən 20-dək Ermənistanda Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzində “ARTSIV PARTNERS-2023” birgə erməni-amerikan təlimi keçiriləcək.
AFN.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim sülhməramlı tapşırıqlar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir. Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən Ermənistan bölməsinin planlaşdırılmış əməliyyatlara hazırlığını artırmaqdır.