NATO-nun baş katibi Rusiyanın Gürcüstan və Krıma görə məsuliyyətdən yayınmasından təəssüflənir


NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Gürcüstanın və Ukraynanın Krımın bir hissəsini işğal etdikdən sonra məsuliyyətdən yayınmasına təəssüflənir.


"2008-ci ildə Gürcüstan, 2014-cü ildə Krım, daha sonra 2022-ci ildə genişmiqyaslı işğal. Rusiya məsuliyyətdən qaça bildi və mən buna təəssüf edirəm" - deyə NATO-nun baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Müdafiə və Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ və NATO-nun müdafiəyə sərmayə qoymaq və Ukraynaya dəstək verməklə təhlükəsizliyin qayğısına qalmaqdan başqa seçimi yoxdur: "Çünki Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaq, amma bu, bizim üçün də təhlükəlidir, çünki bu, avtoritar liderlər üçün hərbi gücün köməyi ilə istədiyinizi edə biləcəyinizin bir əlaməti olacaq".

O, həmçinin Rusiyanın Ukraynaya müdaxiləsinin NATO ölkələri tərəfindən təhrik edilmədiyini bir daha xatırladıb və Rusiya Federasiyasının Ukraynanı işğal etməklə hədələdiyini, Alyansın bundan sonra heç bir ölkəni qəbul etmək hüququnun olmadığı müqavilə imzalamağı tələb etdiyini vurğulayıb.

“Rusiya qonşularına nəzarət etmək və maraq dairələrini bölüşdürmək qərarına gəlib. Və deyir ki, hansısa ölkənin NATO-ya üzv olmaq qərarına gəlməsi təxribatdır. Bu, təxribat deyil, hər bir dövlətin öz yolunu seçmək üçün demokratik suveren hüququdur”, - deyə Stoltenberq bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu