Messi cərimə zərbəsindən möhtəşəm qol vurdu, Argentina qazandı -
DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda son Dünya Çempionu Argentina öz meydanında Ekvadoru qəbul edib.
AFN.az xəbər verir ki, Argentina tək qolla qalib gələrək qruplara qələbə ilə başlayıb.
Qarşılaşmada Argentinaya qələbə qazandıran yeganə qol 78-ci dəqiqədə Lionel Messinin cərimə zərbəsindən vurulub.
Argentina qrup mərhələsində ikinci oyununu sentyabrın 12-də səfərdə Boliviya ilə keçirəcək.