Havaydakı Kilauea vulkanı 96 gündən sonra yenidən aktivləşib


ABŞ-ın Havay ştatındakı Kilauea vulkanının 96 gündən sonra yenidən aktivləşdiyi bildirilib.


ABŞ Geoloji Xidmətinin (USGS) Havay Vulkanları Rəsədxanasından əldə etdiyi məlumata görə, yerli vaxtla saat 03.15 radələrində Havay Vulkanları Milli Parkında yerləşən Kilauea vulkanının zirvə kraterində partlayış baş verib.

Rəsədxana partlayışdan çıxan qazların vulkanik tüstü yaradacağı ilə bağlı xəbərdarlıq edib. Parkın yaxınlığında yaşayanlar partlayış nəticəsində havaya yayılan vulkanik hissəciklərdən qorunmağa çağırılıb.

Püskürmədən sonra vulkan üçün xəbərdarlıq səviyyəsi "müşahidə"dən "xəbərdarlığa" yüksəldilib və aviasiya rəng kodu "qırmızı"ya çevrilib.

Rəsmilər sözügedən vulkanik fəaliyyətlərin park daxilində məhdudlaşdırıldığı barədə məlumat paylaşıblar.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

Kilauea vulkanının zirvə kraterində iyunun 7-də püskürmə baş verib və onun fəaliyyəti iyunun 21-də dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu