Putin prezident seçkilərində namizəd olub-olmayacağına aydınlıq gətirməyib


Rusiya Prezidenti Vladimir Putin növbəti prezident seçkilərində namizəd olub-olmayacağına aydınlıq gətirməyib.



APA-nın Rusiya bürosu xəbər verir ki, Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında moderator “Növbəti prezident seçkilərinə 6 ay müddət qalıb, namizədliyinizi irəli sürməyi düşünürsünüzmü?“ sualına Putin belə cavab verib:

"Bizin qanunvericiliyimizə görə, prezident seçkilərinin keçirilməsi barədə qərarı parlament ilin sonunda qəbul etməlidir. Qərar qəbul ediləndə, seçkilər və onun tarixi elan olunanda bu barədə danışarıq", - deyə Putin bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu