Məktəb direktoru təhsil sektoruna müdir təyin edilib


Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib.



Bu barədə AFN.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən xəbər verilib.

Qeyd edilib ki, Nərgiz Həsənova 1990-cı ildən biologiya müəllimi, 2011-ci ildən isə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu