Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


Qax rayonunda yol qəzası baş verib.



AFN.az-ın Şimal-qərb bürosunun məlumatına görə, rayonun İngiloy Kötüklü kənd sakini, 1991-ci il təvəllüdlü Okrocanaşvili Romani Rajoyeviçin idarə etdiyi “Mercedes” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və ağaca çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 3 sərnişin xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu