Qanunsuz erməni silahlılarının Xocalıda səngər yolları qazmasının qarşısı alınıb
![](/uploads/posts/2023-09/1694762036_48956031-3262-3d99-bc3b-7b15ea674450_850.jpg)
Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə AFN.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.