Türkiyədə helikopter qəzaya uğradı - İtkin düşənlər var


İzmirdə meşə yanğınına müdaxilə edən helikopter anbardan su götürərkən qəzaya uğrayıb.



AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı X hesabından məlumat verib.

"Təəssüf ki, 16 sentyabr İzmirin Menderes rayonunda baş verən yanğına müdaxilə edən helikopterlərdən biri ilə əlaqəmiz kəsilib. İstintaqın məlumatına görə, yanğını söndürmək üçün su götürmək istəyən helikopter Taxtalı bəndinə çırpılıb”, - nazir bildirib.

Nazir qeyd edib ki, dərhal bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb. Helikopterdə olan dörd ekipaj üzvündən biri xilas edilib, digər üç nəfərin axtarışları davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu