Sülhməramlıları daşıyan helikopter qəzaya uğradı - 8 nəfər öldü


Konqoda BMT-in sülhməramlılarına məxsus helikopter qəzaya uğrayıb.


Qəza nəticəsində göyərtədə olan 8 nəfərdən heç kim sağ qalmayıb.

Onlardan 6-sı pakistanlı, biri serbiyalı, digəri isə rusdur.

Məlumata görə, qəza Şimali Kivu əyalətində helikopter yerə enərkən baş verib. Qrup Rutşuru şəhərinin cənub-şərqindəki Tşanzu bölgəsində kəşfiyyat missiyası aparırmış.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu