Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin statusu artırıldı


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.



AFN.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi ilə bağlı Fərmanda öz əksini tapıb.

Dəyişikliklə, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.6-cı bəndinə “şöbə müdiri,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi,” sözləri əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu