Əməliyyatlar dayandı, separatçılar məğlub oldu! - RƏSMİ+YENİLƏNİB


A.Eyvazov bildirib ki, bu saat 13.00-dan etibarən antiterror əməliyyatları dayandırılır. Əməliyyatların dayandırılması aşağıdakı şərtlərlə razılaşdırılıb:


Qarabağ ərazisində yerləşən Ermənistan qanunsuz silahlı birləşmələri, qanunsuz erməni silahlı dəstələri silahı yerə qoyub təslim olurlar;
Döyüş mövqelərindən və hərbi postlardan çıxırlar və tam şəkildə tərkisilah olurlar;
Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır;
Bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.


***

Müdafiə Nazirliyi növbəti brifinqini keçirir.



AFN.az xəbər verir ki, brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu