İki rayonda qaz olmayacaq


“Azəriqaz” İstehsal Birliyi Oğuz və Balakən sakinlərinə müraciət edib.



“Azəriqaz”dan bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında QPS-lərdə ölçü qovşaqlarının giriş və çıxışlarında quraşdırılmış istismara yararsız siyirtmələrin dəyişdirilməsi ilə bağlı bu gün saat 09:00-dan təmir işləri başa çatanadək “Oğuz (Yaqublu)” ölçü qovşağından və “Balakən 1 və 2 xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Oğuz rayonun tam olaraq, Balakən rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu