Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: “Son iki ildə ermənilər atəşkəs rejimini 258 dəfə pozublar”
“Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağda atəşkəs rejiminin icrasına nəzarət və monitorinq etmək məqsədilə yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz işini davam etdirir”.
“Haber Global”ın məlumatına görə, bu barədə mərkəzdən xəbər verilib.
Bildirilir ki, regionda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində fəaliyyət göstərən mərkəz öz kəşfiyyat və müşahidə avadanlığı, o cümlədən PUA-ları ilə pozuntuları müəyyən edir və həmin faktlar sənədləşdirilir.
“Bu çərçivədə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tərəfindən 30 yanvar 2021-ci il tarixindən etibarən Ermənistan tərəfindən 258 atəşkəs pozuntusu müəyyən edilib”, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir.