Yaxınları Qənirə Paşayevanın vəziyyətinin ağır - stabil olaraq qaldığını bildirib


Deputat Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.



Əmisi Qəzənfər Paşayev APA-ya açıqlamasında deyib ki, yayılan xəbərlər (ölümlə bağlı) yalandır, Qənirə Paşayeva hazırda aparata qoşuludur.

O bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır: “Ayrı bir şey də yoxdur. Deyilən xəbərlər yalandır”.

Qardaşı Hüseyn Paşayev də APA-ya deyib ki, bacısının vəziyyəti ağır-stabildir: “Hazırda buradayıq. Yeni heç nə yoxdur. Vəziyyəti əvvəlki kimidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu