Keniya 2027-ci ildə atom elektrik stansiyasının tikintisinə başlayacaq


Keniya Nüvə Enerjisi və Enerji Agentliyinin sədri Justus Vabuyabo ölkənin Kilifi və ya Kvale bölgəsində nüvə enerjisi obyektinin yaradılması üçün tender hazırlıqlarının sürətləndirildiyini açıqlayıb.


"Business Daily"nin məlumatına görə, obyektin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırdıqlarını ifadə edən Vabuyabo, layihənin tamamlanmasının təxminən 6-10 il çəkəcəyini bildirib.

Tamamlandığında təxminən 1000 meqavat gücə sahib olacaq obyektin artan əhalinin ehtiyaclarını ödəməsi planlaşdırılır.

Beynəlxalq Atom Enerjisi Agentliyi Keniyaya 2021-ci ildə nüvə obyekti üçün infrastruktur işlərinə başlamaq üçün icazə verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu