SON DƏQİQƏ! Qondarma "Artsax Respublikası" mövcudluğunu dayandırır - FƏRMAN


Qondarma "Artsax Respublikası"nın "prezidenti" Samvel Şahramanyan yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında fərman imzalayıb.



AFN.az xəbər verir ki, bu barədə məlumatı erməni teleqram kanalları yayıb.

Bildirilir ki, Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejim özünü buraxıb.

Sərəncama əsasən, mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, "Artsax" xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırıklb ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir.

"Artsax Respublikası" qərara alıb:

1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ ("Artsax") Respublikası öz fəaliyyətini dayandırsın.

2. Dağlıq Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar. Dağlıq Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında gələcək qərarlarını versinlər.

Bu Fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu