Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb - YENİLƏNİB


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.



AFN.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Hazırda mərhumun cənazəsi dəfn olunması üçün ll Fəxri Xiyabana aparılır.


****

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.




AFN.az xəbər verir ki, millət vəkili ilə vida mərasimi başlayıb. Heydər məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və digər şəxslər iştirak edirlər.



Q.Paşayeva saat 11-də İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.



Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.



Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.(qafqazinfo)
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu