Erməni sakinlər Azərbaycandan nəyi xahiş etdi?
Xəbər verdiyimiz kimi, bu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından AFN.az-a verilən məlumata görə, görüşdə erməni sakinlər daha bir xahişlə çıxış ediblər.
“Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər”, - məlumatda qeyd olunur.