Özbəkistan Prezidenti Rusiyaya səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 5-7-də Rusiyaya rəsmi səfərdə olacaq və rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.
AFN.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev oktyabrın 5-7-də bu ölkədə rəsmi səfərdə olacaq. Proqrama uyğun olaraq, Moskvada iki dövlətin liderləri arasında danışıqların aparılması nəzərdə tutulur. Özbəkistan rəhbəri Rusiyanın Baş naziri Mixail Mişustinlə də görüşəcək”, - məlumatda qeyd edilib.