ASALA yəhudi sinaqoquna edilən hücumu üzərinə götürdü


ASALA terror təşkilatı dünən İrəvandakı Dünya Yəhudi Mərkəzində törədilən vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb.



AFN.az caliber.az saytına istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

Sinaqoqun divarlarına qırmızı maye səpilib, pəncərələri sındırılıb. “Biz, erməni xalqının əsl azadlıq mübarizlərinin gənc davamçıları, 2023-cü il oktyabrın 3-də səhər İrəvandakı Dünya Yəhudi Mərkəzinə qarşı həyata keçirilən təhdid əməliyyatı barədə sizə məlumat verməkdən qürur duyuruq”, – deyə terrorçular bildirib.

Erməni millətçiləri yəhudilərə və yəhudi dünyasına qarşı bu cür əməlləri davam etdirəcəklərini fəxrlə söyləyiblər.

“Bu, xəbərdarlıqdır: İrəvandakı uğurlu əməliyyatımız yalnız başlanğıcdır. Bu, sadəcə bizim qətiyyətimizin bəyanıdır. ABŞ, Avropa və digər ölkələrdə sinaqoqları yandırmağa davam edəcəyik”, - deyə terror təşkilatının bəyanatında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu