Qardaşlar "Apple"ı aldadıblar: 10 min saxta məhsul orijinalı ilə dəyişib


ABŞ-ın San Dieqo şəhərində iki qardaş “Apple” şirkətinin saxta məhsullarını qüsurlu olduqlarını bəhanə edərək həqiqi məhsullarla əvəz ediblər. Səkkiz il ərzində 10 min saxta "Apple" məhsulunu alver etməyə çalışan qardaşlar nəhayət yaxalanıb.


Zhimin və Zhiting Liao Çindən "iPhone" və "iPad" idxal etdiklərinə, ABŞ və Kanadadakı "Apple" mağazalarında saxta məhsulların ticarətinə görə hər biri 41 ay həbs cəzasına məhkum ediliblər.

Prokurorlar hökm sənədlərində yazıblar ki, Zhimin Liao şəxsən 22 ştatda 105 "Apple" mağazasına baş çəkib və təxminən 720 saxta "iPhone" və "iPad" alqı-satqısına cəhd edib.

Zhiting Liao şəxsən ABŞ və Kanadanın 18 ştatında ən azı 200 "Apple" mağazasına gedib və təxminən 718 saxta "iPhone" və "iPad" alverinə cəhd edib.

Prokurorlar həmçinin Liao qardaşlarının arvadlarını sxemdə müxtəlif rollara görə ittiham ediblər.

Qadınların hər biri də günahını etiraf edib və 3 il şərti azadlıqdan məhrum edilib.

Prokurorlar bildiriblər ki, təqsirləndirilən şəxslər təxminən səkkiz il fəaliyyət göstərən sxem zamanı mağazalarda 10 mindən çox saxta mal almağa cəhd ediblər.

Bunun müqabilində aldıqları orijinal məhsullar daha sonra xarici ölkələrdəki insanlara ixrac edilib və bu, "Apple"ın ümumilikdə təxminən 6,1 milyon dollar itkisinə səbəb oldu.

ABŞ Prokurorluğundan verilən məlumata görə, qardaşlar iddia razılaşmasının bir hissəsi olaraq San Dieqodakı beş iqamətgahdakı maraqlarından, cinayətdən əldə edilən 250.000 dollardan çox gəlirdən və sui-qəsdlə əlaqəli 200-dən çox "Apple iPhone"dan imtina etməyə razılaşıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu