“Yeni Klinika”nın həbsdən çıxan keçmiş direktoru yeni işə başladı
![](/uploads/posts/2023-10/1696585535_1696581966_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-1.jpg)
"Yeni Klinika” publik hüquqi şəxsin keçmiş direktoru Pərviz Abbasov yeni vəzifəyə təyin olunub.
AFN.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, Binəqədi Tibb Mərkəzində işə başlayıb.
Tanınmış həkim hazırda tibb müəssisəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu. O, bu ilin may ayında azadlığa buraxılıb.