Taylandda 2 nəfəri öldürən uşaq hakim qarşısına çıxıb


Taylandda ticarət mərkəzində silahla atəş açaraq iki nəfərin ölümünə səbəb olan 14 yaşlı oğlana qarşı qətl də daxil olmaqla bir çox ittihamlar irəli sürülüb.


“Bangkok Post”un məlumatına görə, paytaxt Banqkokdakı “Siam Paragon” ticarət mərkəzində 2 nəfərin ölümünə, 5 nəfərin yaralanmasına səbəb olan silahlı hücumu törədən 14 yaşlı uşaq yetkinlik yaşına çatmayanlar məhkəməsində hakim qarşısına çıxıb.

Məhkəmə uşağın müdafiə olunmadan psixiatrik müalicə alacağı Galya Rajanaqarindra İnstitutuna göndərilməsi tələbini rədd edib.

İstintaqı aparan prokurorlar oğlana qarşı “qabaqcadan planlaşdırılmış cinayət", “qəsdən adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlama”, “qanunsuz olaraq silah gəzdirmə” və “ictimai yerdə atəş açma” maddələri ilə ittiham irəli sürüb.

Metropoliten Polis Departamentinin general-mayoru Nakharin Sukhonthavit bildirib ki, ona başqa ittihamlar da irəli sürülə bilər.

Naxarin qeyd ediib ki, hakimiyyət orqanları uşaqların məhkəməyə gəlməyən və girov üçün müraciət etməyən valideynlərinin “Uşaqların müdafiəsi haqqında” qanuna uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini nəzərdən keçirir.

Uşağın otağında pnevmatik tapança və çoxlu sursat tapıldığını qeyd edən Naxarin əməliyyatçıların bununla bağlı ayrıca iş aça biləcəyini bildirib.

Səhiyyə Nazirliyinin Tibbi Xidmətlər Departamentinin rəhbəri Thongchai Keeratihattayakorn şübhəlinin əvvəllər bir il ərzində tibbi müalicə aldığını açıqlasa da, xəstənin məxfiliyini qorumaq üçün təfərrüatları paylaşmadı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu