ABŞ 42 Çin şirkətini hökumətin ixrac nəzarəti siyahısına daxil edib.


ABŞ Ticarət Departamenti Rusiyanın hərbi və müdafiə sənayesi bazasına, o cümlədən Amerika istehsalı olan inteqral sxemlərin tədarükünə dəstək verdiyinə görə 42 Çin şirkətini hökumətin ixrac nəzarəti siyahısına daxil edib.


Reuters xəbər verir ki, Finlandiya, Almaniya, Hindistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyadan daha 7 şirkət də ticarət ixracına nəzarət siyahısına əlavə edilib.

Ticarət Departamentinin bəyanatında deyilir ki, çiplər arasında Rusiyanın Ukraynadakı mülki hədəflərə qarşı atılan raketlər və pilotsuz təyyarələr üçün dəqiq istiqamətləndirmə sistemləri üçün istifadə etdiyi mikroelektronika daxildir.

"Müəssisələr siyahısına bugünkü əlavələr aydın mesaj verir: Əgər siz Rusiya müdafiə sektorunu ABŞ mənşəli texnologiya ilə təmin etsəniz, biz bu barədə xəbərdar olacağıq və tədbir görəcəyik", - deyə dövlət katibinin İxracın Təminatı üzrə köməkçisi Metyu Akselrod bildirib.

Çin ABŞ-ın hərəkətlərini “iqtisadi zorlama və birtərəfli hədə-qorxu” adlandırıb.

Çin Ticarət Nazirliyinin bəyanatında deyilir: "Birləşmiş Ştatlar dərhal öz yanlış təcrübələrini düzəltməli və Çin şirkətlərini əsassız olaraq sıxışdırmağı dayandırmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu