Vətəndaşın əmək hüquqlarını pozan şirkətlə bağlı iş məhkəməyə göndərilib


Vətəndaşın əmək hüquqlarını pozan şirkətlə bağlı icraatlar başlanılıb, iş məhkəməyə göndərilib.


Bu barədə AFN.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı “Freco Company Group” MMC tərəfindən vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, habelə “CRF-GROUP” MMC, “B.Sərdarov adına maşınqayırma zavodu” MMC, “Anar Food” MMC və müxtəlif fərdi sahibkarlar tərəfindən isə işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu