Putin “nəhayət, bu münaqişəyə son qoyulmalıdır” dedi


Rusiya mediası Prezident Əliyevin Paşinyanla bağlı dediyindən yazdı



Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır.

Rusiya prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında belə deyib.

“Gündəm bu uzun müddətdir davam edən münaqişəyə nəhayət, son qoymaq üçün sülh müqaviləsi hazırlamaqdır. Rusiya tərəfi, əlbəttə ki, bununla bağlı tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır, xüsusən də biz Moskvada istənilən formatda danışıqların təşkili ilə razıyıq”.

Prezidentin sözlərinə görə, Rusiya üç ildir ki, eskalasiyanın qarşısını almaq üçün səylər göstərir və üçtərəfli razılaşmalar çərçivəsində İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində işlər aparılır. Putin Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını vicdanla yerinə yetirdiyini vurğulayıb.

MDB dövlət başçılarının sammitində Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekə gəlməyib. Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır, Rusiya prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında bildirib. “Gündəm bu uzun müddətdir davam edən münaqişəyə nəhayət son qoymaq üçün sülh müqaviləsi hazırlamaqdır. Rusiya tərəfi, əlbəttə ki, bununla bağlı tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır, xüsusən də biz Moskvada istənilən formatda danışıqların təşkili ilə razıyıq”. Prezidentin sözlərinə görə, Rusiya üç ildir ki, eskalasiyanın qarşısını almaq üçün səylər göstərir və üçtərəfli razılaşmalar çərçivəsində İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində işlər aparılır. Putin Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını vicdanla yerinə yetirdiyini vurğulayıb.

MDB dövlət başçılarının sammitində Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekə gəlməyib.

Məlumdur ki, Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi. Rusiyanın “Kommersant” qəzeti Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasını qəbul edərkən dediyi bu sözlərə diqqət edib: " Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış... "//Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu