KOBSKA və TADİV arasında əməkdaşlıq haqqında memorandum imzalanıb


Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı (TADİV) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.


Memorandumu KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova və Türkiye Azerbaycan Dostluk İş Birliği ve Dayanışma Vakfı Başkanı Prof.Dr.Aygün Attar imzalayıblar.

Memoranduma əsasən, tərəflər mikro və kiçik sahibkarlığın inkişafı istiqamətində əməkdaşlıq edəcək.

KOBSKA və TADİV müxtəlif layihələrin hazırlanması və icra edilməsi, mikro, kiçik və orta sahibkarlıq mövzusunda beynəlxalq və yerli tədbirlərdə iştirak, bu tipli tədbirlərin ölkədə təşkili və işıqlandırılması, müəyyən mövzular üzrə araşdırmaların aparılması və tətbiqinə dair təkliflərin hazırlanması, müxtəlif maarifləndirici fəaliyyətlərin təşkili və digər məsələlər üzrə birgə çalışacaqlar.

Qeyd edək ki, həmçinin 20-21 noyabr tarixlərində həyata keçiriləcək “ İş dünyası 100 ilin zirvəsi-Ankara” layihəsi və gələcəkdə planlaşdırılan layihələrin icrası və təşkilində KOBSKA və TADİV-in birgə əməkdaşlığı nəzərdə tutulmuşdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu