Bu il 163 nəfər Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edib


Bu il müxtəlif ölkələrdən olan 106 ərizəçinin (ailə üzvləri ilə birlikdə 163 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidmətində (DMX) qeydə alınıb.



Bu barədə AFN.az-ın sorğusuna cavab olaraq DMX-dən bildirilib.

Qeyd olunub ki, "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır və müvafiq qərarlar qəbul edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu