Ombudsman Səbinə Əliyeva açıqladı: I Qarabağ müharibəsi dövründə...


Vətən müharibəsi dövründə rəşadətli ordumuzdan bir nəfər də olsun fərarilik faktı olmadı.



AFN.az-ın xəbərinə görə, bunu Azərbaycan Qadınlarının VI Qurultayında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib:

"Müharibədəki qələbədə canlarından keçən şəhid analarının, şəhid qadınlarının rolu təqdirəlayiqdir. Bu qadınlarımızın onları yüksək mənəvi keyfiyyətlərə malik şəkildə böyütdüklərinin göstəricisidir".

S.Əliyeva əlavə edib ki, müharibədən əziyyət çəkən, ən çox hüquqları pozulanlardan biri də qadınlardır:

"Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edib. Həmin dövrdə itkin düşən 4000-ə yaxın soydaşımızdan 267 nəfəri qadın olub"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu